21 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Ermənistan parlamenti buraxıldı

Screen Shot 2021 09 02 at 14.34.20

Ermənistan parlamentinin deputatları xüsusi iclasda ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Nazirlər Kabineti rəhbərinin vəzifələrini icra edən Nikol Paşinyanın baş nazir postuna seçilməsinə ikinci dəfə səs verməyib.

Nikol Paşinyanın baş nazir postuna seçilməsinin lehinə 1 deputat, əleyhinə bir deputat səs verib, 76 deputat isə bitərəf qalıb. Beləliklə Paşinyan yenidən baş nazir postuna seçilməyib

Konstitusiyaya əsasən, baş nazirin istefasından sonra parlament iki dəfə yeni baş nazir seçməzsə, qanunverici orqan buraxılır və erkən seçkilər keçirilir.

Bundan sonra, ölkə prezidenti Armen Sarkisyan növbədənkənar seçkilərin vaxtını təyin etməlidir.

Qeyd edək ki, Nikol Paşinyan respublikada növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün aprelin 25-də istefa verib. Texniki prosedura uyğun olaraq, baş nazirin ardından ölkə hökuməti də istefaya gedib.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər