4 C
Baku
Sunday, December 4, 2022

Ermənistan parlamenti prezident seçə bilməyib

Ermənistan parlamenti müxalifət boykot etdiyinə görə birinci turda ölkə prezidentini seçə bilməyib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə iclasda hesablama komissiyasının rəhbəri Narek Babayan bildirib.

Hakim “Mülki müqavilə” partiyasının təklif etdiyi prezidentliyə yeganə namizəd yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryanın lehinə 69 deputat səs verib. Qeyd edək ki, onun seçilməsi üçün 81 səs lazım olub.

Konstitusiyaya görə, ikinci turda deputatların ümumi sayının ən azı 3/5 səsini (107-dən 65-i) toplayan namizəd respublika prezidenti seçilir.

Ermənistanın eks-prezidenti Armen Sarkisyan yanvarın 23-ü istefa verdiyini açıqlayıb. Əsas səbəb kimi o, dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib.

2015-ci ildə Ermənistanda ölkənin prezident üsul-idarəsindən parlament idarəetmə formasına keçidini təmin edən konstitusiya islahatlarından sonra dövlət başçısı ümumxalq səsverməsi ilə deyil, parlament üzvləri tərəfindən seçilir.

Ermənistanın bütün postsovet tarixində dörd prezidenti olub. Onlardan üçü – Levon Ter-Petrosyan (1991-1998), Robert Köçəryan (1998-2008) və Serj Sarkisyan (2008-2018) iki dəfə ümumxalq səsverməsi ilə bu vəzifəyə seçiliblər. Müstəqil Ermənistanın birinci başçısı Ter-Petrosyan Qarabağ nizamlanması ilə bağlı o vaxtkı baş nazir Köçəryan və müdafiə naziri Vazgen Sarkisyanla fikir ayrılığına görə vəzifəsini vaxtından əvvəl tərk edib. Dördüncü prezident Armen Sarkisyan 2018-ci ilin aprelində vəzifəyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər
X