17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

Ermənistan parlamentinin yeni spikeri seçilib

Screen Shot 2021 09 02 at 14.34.20

Alen Simonyan Ermənistan parlamentinin spikeri seçilib.

Yeni çağırış Ermənistan parlamentinin bu gün keçirilən ilk iclasında spiker postuna üç nəfərin namizədliyi irəli sürülüb.

“Vətəndaş müqaviləsi” fraksiyası Alen Simonyanın, müxalifətdə olan “Ermənistan” fraksiyası Mehri rayonun sabiq başçısı Mxitar Zakaryanın, digər müxalif blok “Mənim şərəfim var” isə Sisyan rayonun keçmiş başçısı Artur Sarkisyanın namizədliyini verib.

Qeyd edək ki, sonuncu iki nəfər hazırda həbsdədir. Onlar dövlət əmlakını talamaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar.

İclasın gedişində müxalifətdən olan deputatlar spikerliyə namizədlərinin çıxış etməsinə şərait yaradılmamasına etiraz olaraq iclas zalını tərk ediblər.

Müxalifətdən olan deputatların iştirakı olmadan davam edən iclasda gizli səsvermə nəticəsində A. Simonyan Ermənistan parlamentinin spikeri seçilib. İclasda iştirak edən 71 deputatın hamısı onun spiker seçilməsinin lehinə səs verib.

Qeyd edək ki, yeni – 8-ci çağırış Ermənistan parlamentinin bu gün ilk iclası keçirilir.

Hazırkı parlament 107 deputatdan ibarətdir. Hakim fraksiya – “Vətəndaş müqaviləsi” parlamentdə 71 deputatla təmsil olunur. İyunun 20-də keçirilmiş seçkilərdə ikinci olmuş müxalif “Ermənistan” bloku 29, üçüncü yeri tutmuş müxalif “Mənim şərəfim var” bloku isə 7 mandata malikdir.

Bundan əvvəlki çağırışda Alen Simonyan Ermənistan parlamentinin vitse-spikeri postunu tutub.

Parlamentin sədri isə Ararat Mirzoyan olub.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər