19 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Ermənistan rəsmisindən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Screen Shot 2021 09 02 at 14.34.20

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, respublikanın suveren ərazisində “başqa suveren ölkənin dəhlizi ola bilməz”.

O, bazar günü Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibəsində bildirib ki, dəhlizdən danışmaq “məntiqsizdir”.

Bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev AzTV-yə müsahibəsində deyib ki, onlar Zəngəzur dəhlizini “icra edəcəklər”.

“Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik,”- İlham Əliyev vurğulamışdı.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana görə, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan 10 noyabr bəyanatı regionda müəyyən sabitləşməyə əsas olsa da, problemləri “tam həll edə bilməyib”.

O qeyd edib ki, nə 10 noyabr, nə də 11 yanvar bəyanatında dəhlizdən bəhs edilib, buna görə də “bu müzakirələr yersizdir”.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi bildirib ki, blokadanın açılmasının “o halda mənası olar ki, bütün yollar açılsın və regionun blokadadan çıxmasına imkan yaradılsın”.

“Yeri gəlmişkən, biz də Rusiya ilə ünsiyyət üçün Azərbaycan ərazisindən istifadə edəcəyik və burada dəhlizdən danışmaq məntiqsizdir. Əgər Azərbaycan dəhliz məntiqindən danışırsa, dəhliz məsələsinin belə bir müzakirəsi olarsa, bizim də dəhlizimizin olacağı aydındır,”- o, müsahibəsində deyib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:BBC
Son xəbərlər
360 380
Oxşar xəbərlər