30 C
Baku
Sunday, July 14, 2024

Ermənistan Rusiya hərbi bazasından 2044-cü ilə qədər imtina edə bilməyəcək

Ermənistan 2044-cü ilə qədər Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasından birtərəfli qaydada imtina edə bilməyəcək.

Bu iki ölkə arasında Ermənistan Respublikası ərazisində Rusiya hərbi bazası haqqında 1995-ci ildə imzalanan sazişi tədqiq etdikdən sonra məlum olub.

Bu məlumatı Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Yuri Şvıtkin də təsdiqləyib.

“Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında bağlanmış müqaviləyə əsasən, müqavilənin müddəti onun bitməsinə 6 ay qalmış tərəflərdən birinin ona xitam vermək niyyətini barədə məlumat vermədiyi təqdirdə avtomatik olaraq növbəti beş illik müddətə uzadılır. Bu müqavilənin müddəalarına tərəflərdən birinin təşəbbüsü və qarşılıqlı razılaşma əsasında yenidən baxıla bilər”, – Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin “İzvestiya”ya deyib.

Xatırladaq ki, Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedev və Serj Sarkisyan tərəfindən 2010-cu ildə imzalanmış Rusiya bazası haqqında müqavilənin 5 saylı protokoluna əsasən, onun Ermənistan ərazisində yerləşmə müddəti 2044-cü ilə qədər uzadılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər