16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

“Ermənistan terrorçular və muzdluları ön xəttə çıxarır”

Screen Shot 2021 09 02 at 14.34.20

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfindən xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin olması haqda yayılan məlumatlara münasibət bildirib. 

H.Hacıyev bildirib ki, Ermənistan tərəfində muzdlu döyüşçülərin olması ilə bağlı Azərbaycanda olan faktlar beynəlxalq miqyasda olan tərəfdaşlarımıza təqdim edilib: “Ermənistan Silahlı qüvvələrinin tərkibində Yaxın Şərqdən gətirilmiş terrorçular və muzdlu şəxslər iştirak edir. Onlar cəbhənin ön xəttinə çıxarılırlar. Bu, təkcə bu gün deyil. Həmişə Ermənistan tərəfindən Azərbaycana qarşı terrorçulardan istifadə olunub. Hətta son dövrlər, bir sıra Avropa ölkələrində olan erməni əsilli şəxslərin muzdlular kimi Azərbaycana qarşı gəlib döyüşlərdə iştirak etməsi barədə faktlar var. Biz də kanallardan istifadə edərək aidiyyatı ölkələrə müraciət edirik ki, öz vətəndaşlarına sahib çıxsınlar, onları bu kimi əməllərdən çəkindirsinlər. Xüsusən, Yunanıstandan və başqa ölkələrdən belə məlumatlar daxil olur. Bir məqamı diqqətinə çatdırırıq ki, əgər bu qəbildən olan şəxslər Azərbaycanın işğal olunmuş ərazilərinə gələrsə, Azərbaycanın mülki əhalisinə, Azərbaycan hərbçilərinə qarşı silahdan istifadə edərlərsə, beynəlxalq hüquqa əsasən kombotant (silah yoldaşı – red.) anlayışını daşıyırlar. Onlar legitim hərbi hədəfdirlər ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən onların zərərsizləşdirilməsi istiqamətində bütün addımlar atılacaq”.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər