Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa verdi

Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa verib.

Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, istefa ilə bağlı ərizələr ötən həftə baş nazir dəftərxanasına ötürülüb.

Qeyd edək ki, mayın 27-də xarici işlər naziri Ara Ayvazyanın istefasından sonra ilk istefa ərizəsini müavin Qagik Qalaçyan verdi. Ondan sonra isə Avet Adonts, Artak Apitonyan və Armen Qevondyan istefa verdilər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.