22 C
Baku
Monday, May 27, 2024

Ermənistan XİN: “Aİ-nin monitorinq missiyası kifayət qədər səmərəli işləyir”

Rəsmi İrəvan Avropa İttifaqının Ermənistanın Azərbaycanla şərti sərhədində fəaliyyət göstərən monitorinq missiyasının işini kifayət qədər səmərəli sayır.

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, proses davam edir: “Nümayəndələr vaxtaşırı Avropa İttifaqı üçün hesabatlar hazırlayırlar”.

P.Hovhannisyanın sözlərinə görə, müşahidəçilərin hər hansı pozuntu qeydə alıb-almaması barədə XİN-də məlumat yoxdur.

Mənbəreport.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər