28 C
Baku
Saturday, July 27, 2024

Ermənistan yardım üçün Rusiya, KTMT və BMT Təhlükəsizlik Şurasına müraciət edəcək

Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bu barədə TASS məlumat yayıb.

İclasda Təhlükəsizlik Şurasının üzvlərindən əlavə, respublika prezidenti Vaaqn Xaçaturyan və Milli Assambleyanın sədri Alen Simonyan iştirak edib.

İclasda Azərbaycanla sərhəddəki son vəziyyət müzakirə olunub.

Toplantıda Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilənin müddəalarının həyata keçirilməsi məqsədilə Rusiya Federasiyasına, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və BMT Təhlükəsizlik Şurasına rəsmi müraciət barədə qərar qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər