28 C
Baku
Saturday, July 27, 2024

Ermənistanda dollar və avro bahalaşdı – Dram dəyərdən düşür

Azərbaycanın Dağlıq Qarabağdakı əks-hücum və işğalda qalan torpaqların alınması əməliyyatlarına başlaması tarixindən sonra Ermənistanda dollar bahalaşıb.

Banker.az bu barədə Ermənistan Milli Bankının bu günə təqdim etdiyi rəsmi məzənnəyə istinadən xəbər verir.

1 ABŞ dolları ölkədə 488.6 dram təşkil edib. Bu da sentyabrın 27-dən bu tərəfə 3.3 dram və ya 1%-ə yaxın ucuzlaşma deməkdir.

Bununla belə Avrozonanın vahid valyutası da bahalaşıb. Avro müharibənin ilk günündən başlayaraq bu ölkədə 7.5 dram, yəni, 1.3% bahalaşmalı olub.

Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq Ermənistan və ona yaxın olan terrorçu qruplar Azərbaycanın işğal olunmuş torpaqlarında təxribata əl atıblar. Bunun cavabı olaraq Azərbaycan əks-hücum əməliyyatına keçib. Rəsmlərin açıqlamasına görə, bu əməliyyatlar nəticəsində erməni və onlara yaxın olan terrorçu qruplara sarsıdıcı zərbələr endirilib. 22 kənd və bir şəhər işğaldan azad olunub. Müharibə davam edir.

Son xəbərlər
Digər xəbərlər