7 C
Baku
Monday, February 6, 2023

Ermənistanda dövlət sirri haqqında qanun yenilənir

Ermənistanda dövlət sirri haqqında qanun yeni redaksiyada qəbul olunacaq.

Bunu Ermənistan parlamentinin iclasında ölkənin Milli Təhlükəsizlik Xidmətinin sədr müavini Tiqran Harutyunyan deyib.

Onun sözlərinə görə, hazırkı sənəd 1996-cı ildə Rusiya Federasiyasının oxşar qanununun analoqu əsasında hazırlanıb.

“Amma artıq rəsmi sirr anlayışı demək olar ki, heç bir yerdə işlədilmir və xarici tərəfdaşlar bununla qarşılaşanda anlaşılmazlıq olur. Qanunun yeni redaksiyasında idarələr tərəfindən dövlət sirri təşkil edən məlumatların siyahılarının formalaşdırılması qaydaları müəyyən edilib”, – deyə Harutyunyan vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər
X