13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb

faizlere

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti bir ay müddətinə uzadılıb.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, Ermənistan hökumətinin bugünkü iclasında çıxış edən Ədliyyə naziri Rustam Badasyan bildirib ki, COVID-19 infeksiyasına yeni yoluxma hallarının azalmasına baxmayaraq, xəstəlikdən ölüm səviyyəsi hələ də yüksək olaraq qalır.

Nazir qeyd edib ki, buna görə fövqəladə vəziyyət rejiminin müddəti uzadılmalıdır.

Hökumət ölkədə fövqəladə vəziyyət rejiminin müddətinin bir ay müddətinə uzadılması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, Ermənistandan fövqəladə vəziyyət rejiminin müddəti bu gün başa çatırdı.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər