11 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Ermənistanda koronavirusa yoluxanların sayı 61 mini ötdü

Ermənistanda daha 1 465 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 61 460-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 1 046-ya çatıb. İndiyədək 47 571 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 13 919 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, ötən gün Ermənistanda 1 371 yoluxma, 7 ölüm faktı açıqlanmışdı.

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər