Ermənistanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

“ru.armeniasputnik”ə istinadən verdiyi məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası Nikol Paşinyanın sədri olduğu Vətəndaş Müqaviləsi Partiyasının 53,91 faiz, yəni 688 761 səs topladığını açıqlayıb.

Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 21,9 faiz, yəni 269 481 səs, “Mənim şərəfim var” bloku 5,22 faiz, yəni 66 650 səs toplayıb.

apa


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.