33 C
Baku
Wednesday, July 17, 2024

Ermənistanda səfərdə olan Kanada XİN rəhbəri Azərbaycanla sərhədə gedib

Ermənistanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli Cermuxa (İstisu) gedib.

Kanada XİN rəhbəri Cermuxdakı Avropa İttifaqı Monitorinq Missiyasının mərkəzinə gedib.

“Kanadanın da qoşulduğu Avropa İttifaqı missiyasının həyata keçirdiyi işlər haqqında daha çox öyrənmək üçün Cermuxda olmaq çox xoşdur. Kanada bu missiyaya qoşulan ilk qeyri-Aİ ölkəsidir. Biz logistika məsələlərini müzakirə edəcəyik”, – kanadalı nazir Aİ müşahidəçiləri ilə görüşdə deyib.

Kanadanın xarici işlər naziri səfəri zamanı həmçinin döyüş mövqelərinə baş çəkəcək, Qarabağı könüllü tərk etmiş erməni sakinlərlə görüş keçirəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər