4 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Ermənistanda ümumi səfərbərlik ləğv edilib

Ermənistanda ümumi səfərbərlik qismən səfərbərliklə əvəz olunub.

“News.am”ın verdiyi xəbərə görə, bununla bağlı Ermənistan hökuməti bu gün keçirilən iclasda qərar qəbul edib.

Qərar 25 dekabradək mərhələli şəkildə silahlı qüvvələrdə və digər müvafiq dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların qismən tərxis edilməsini və hərbi nəqliyyat öhdəliyinə əsasən qurumlardan götürülən nəqliyyat vasitələrinin geri qaytarılmasını nəzərdə tutur.

Xatırladaq ki, Ermənistanda sentyabrın 27-də ümumi səfərbərlik elan olunub.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər