3 C
Baku
Cümə, Yanvar 21, 2022

Ermənistanda Zəngəzur koridorunun qaçılmaz olduğunu anlayırlar, İlham Əliyev deyir

Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistan tərəfi Zəngəzur koridorunun qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir.

“Müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdir. Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu koridorun qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir. Bildiyiniz kimi, indi üçtərəfli çərçivədə müzakirələr aparılır. Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var”, – Əliyev bazar günü Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Zəngəzur koridoru Azərbaycanla Türkiyə arasında nəqliyyat sahəsində gələcəkdə münasibətlərin möhkəmlənməsi üçün böyük rol oynayır.

“Zəngəzur koridoru Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək. Biz artıq azad edilmiş torpaqlarda Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişinə start verdik. Əminəm ki, yaxın iki il, bəlkə iki il yarım ərzində o dəmir yolu tam istismara veriləcəkdir. Naxçıvan dəmir yolunun böyük hissəsi fəaliyyətdədir və çatışmayan hissə də inşa ediləcək, bütün təlimatlar verilib. Ermənistan ərazisində Zəngəzur koridorunun önəmli hissəsi inşa edilməlidir. Beləliklə, yeni bir koridor açılacaq və Türkiyə-Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaqdır”, – Əliyev bildirib.

Son xəbərlər
Oxşar xəbərlər