26 C
Baku
Saturday, July 27, 2024

“Ermənistandan KTMT-də iştirakla bağlı heç bir rəsmi bildiriş almamışıq” – Belarus XİN

“Biz Ermənistanın baş naziri Nikol Paşinyanın “France 24” telekanalına müsahibəsini gördük və hesab edirik ki, bizim şərhimizə ehtiyac yoxdur. Bizim erməni həmkarlarımızla yaxşı əlaqəmiz var. Ermənistan bizim tərəfdaşımız olaraq qalır. KTMT məsələləri daim bizim ikitərəfli qarşılıqlı fəaliyyətimizin səlahiyyətindədir”.

Bunu Belarus Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Anatoli Qlaz bildirib.

O, qeyd edib ki, Belarus gələcəkdə Ermənistanla konstruktiv əməkdaşlıq gözləyir.

“KTMT-nin fəaliyyətinin hüquqi aspektlərinə gəlincə, bununla bağlı bizə heç bir rəsmi bildiriş daxil olmayıb”, – Belarus XİN sözçüsü bildirib.

Son xəbərlər
Digər xəbərlər