8 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

Ermənistanın hiyləgər planı (şərh)

Ermənistanın Gürcüstan və digər region dövlətlərinə qarşı ərazi iddialarının arxasında hansı məqsədlər durur? Ermənistan bu qədər ağılsızdırmı ki, hazırda özünə qarşı yeni cəbhələr açsın?

Öncəki yazılarımın birində ermənilərin təbliğ olunduğu qədər ağıllı olmadığını, lakin hiyləgər, heç bir sərhəd bilməyən əxlaqsız siyasət yürütdüklərini qısa təhlil etmişdim. Ermənistanın bu gün yürütdüyü siyasət dediklərimi bir daha təsdiq edir. Keçək məsələyə. Ermənistanın uzun müddət gizlətdiyi planlar son 15 gündə ifşa olundu. Ermənistanın yürütdüyü faşist siyasətini, ambisiyalarını, işğalçı niyyətlərini dünya açıq-aşkar gördü. Ermənistan əvvəlki yalanlarının işə yaramadığını görüb daha riskli, eyni zamanda onun xislətini ortaya qoyan siyasət yürütməyə başladı. KTMT-ni və Rusiyanı Azərbaycana qarşı müxtəlif təxribatlarla bu münaqişəyə cəlb etməkdə uğursuzluq yaşayan Ermənistanın Türkiyəyə və Gürcüstana, hətta İrana da qarşı ərazi iddiaları üzə çıxdı. Ermənistan xüsusilə Gürcüstana qarşı təxribatçı və qıcıqlandırıcı siyasətini daha da gücləndirdi. Paşinyan Samstxe-Cavaxetinin adını paylaşımında Cavax kimi göstərməklə həmin ərazinin Ermənistan ərazisi olması mesajını verdi.

Bu məsələnin bir neçə dərin tərəfi var. Neft kəmərləri, strateji ərazi olması məsələsinə indi toxunmuram. Ermənistanın həmin əraziləri tutmaq niyyətləri məsələnin bir tərəfi olaraq gələcəyə hədəflənən strateji hədəfdir. Ermənistanın bu günə hədəflənən strateji hədəfi də vardır: bu hədəf Gürcüstanı təxribata çəkərək KTMT-ni yenidən regiona gətirmək, bu dəfə ona qarşı təhlükənin Gürcüstan tərəfdən olduğu görüntüsünü yaratmaq, dünyaya özünü regionda təklənən yazıq dövlət kimi göstərmək, münaqişənin arealını genişlətmək. Bəs bu addımı atarkən nələrə ümid etmişlər: əvvəla, Gürcüstan Ermənistanın xislətini, hiyləgərliyini bizim qədər bilmir, onların hər üzünü görməyib. İkincisi, Gürcüstan da münaqişənin başlanğıcında Azərbaycanın buraxdığı səhvləri buraxa bilər. Bu səhvlərdən bir neçəsini xatırlayaq: Ermənistan heç nə edə bilməz, zəif dövlətdir, dünya onların yeni ərazi tutmalarına imkan verməz və sair. Biz 1988-1992-ci illərdə Ermənistanı çox kiçik gördük və hələ də bunun bedelini ödəməkdə davam edirik. Üçüncüsü, Gürcüstanlılar da emosional millətdir və bu emosionallıqdan sui-istifadə etmək olar deyə düşündülər. Digər məsələləri sadalamadan qeyd edim ki, Gürcüstan bu tələlərə düşmədən rasional siyasət yürütməklə Ermənistanı öz qazdıqları quyuya salacaq. Yəni:

– Gürcüstan açıq-aydın təxribata getməyəcək. Lakin dostunu, düşmənini daha yaxşı tanıdığı üçün bundan sonrakı siyasətini bu amillərə uyğun quracaq.

– Ermənistanın hərbi maşını Azərbaycan tərəfindən darmadağın edilməkdədir. Bu məsələdə digər dövlətlərin iştirakına ehtiyac qalmır. Amma, Gürcüstanın Ermənistanın iqtisadiyyatını daha da çökdürmək üçün təsir imkanları və rıçaqları Azərbaycana nisbətən qat-qat çoxdur. Azərbaycanın Ermənistanla birbaşa iqtisadi əlaqələri 30 ildən çoxdur ki, mövcud deyil. Əgər Gürcüstan onun dövlətçiliyi, ərazi bütövlüyü, əhalisinin təhlükəsizliyi üçün strateji təhdid və risklər yaradan Ermənistana qarşı ardıcıl, qabaqlayıcı tədbirlər görsə, Ermənistanın region üçün təhdid ola biləcək hərb maşını yaratmaq üçün kifayət edəcək iqtisadi gücü və potensialı olmayacaq. Pulsuz silahlar davamlı verilməz. Verilsə də ucuz ətin şorbası olmaz. Həm də hər tərəfdən özünə düşmən qazanan Ermənistan hansı iqtisadi əlaqələrə, inkişafa ümid edə bilər ki? Əgər quru yolla yeganə çıxışı İranla olarsa…bu amil də sual altına düşəcək.

Nəhayət, məsələ təkcə bu günlə yekunlaşmır. Gələcək Azərbaycan və Gürcüstan nəsilləri yeni təcavüzlərlə üz-üzə qalmamaları üçün Azərbaycan və Gürcüstanın xarici strateji siyasət xətlərində üst-üstə düşən məqamlar çox olacaq. İndiyə kimi şahidi olduğumuz iqtisadi maraqlar timsalında..

Son xəbərlər
Oxşar xəbərlər