Ermənistanın milli valyutası ucuzlaşır

Azərbaycan və Ermənistan arasında gedən hərbi əməliyyatlar fonunda qonşu ölkənin milli valyutası – dram ucuzlaşmağa başlayıb.

Bu barədə erməni mətbuatına istinadən xəbər verilir.

Məlumata görə, hazırda Ermənistanda 1 ABŞ dolları 481,66 drama bərabərdir ki, bu da ötən günlə müqayisədə 0,39 dram çoxdur. Dram digər xarici valyutalar qarşısında da dəyər itirib.

Belə ki, Ermənistanda avronun məzənnəsi 0,5 dram artaraq 565,55 drama, ingilis funt sterliqinin məzənnəsi isə 6,76 dram artaraq 624,12 drama çatıb.

Əvəzində qonşu ölkədə Rusiya rublu bir qədər ucuzlaşıb. Rublun məzənnəsi 0,12 dram azalaraq 6,16 drama düşüb.