27 C
Baku
Tuesday, July 16, 2024

Ermənistanın mülki əhaliyə qarşı hücumları nəticəsində indiyədək 100 nəfər həlak olub

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

“Banker.az”a Prokurorluqdan verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 100 mülki şəxs qətlə yetirilib, 416 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 548, çoxmənzilli yaşayış binalarının sayı 135, yaşayış evlərinin sayı isə4 186dir.

photo 2020 12 07 16 36 37

Son xəbərlər
Digər xəbərlər