29 C
Baku
Wednesday, July 24, 2024

Ermənistanın sabiq səhiyyə naziri saxlanıla bilər

İrəvanın vitse-merinin ardınca Ermənistanın sabiq səhiyyə naziri Arsen Torosyan da saxlanıla bilər.

Bu barədə yerli “Joğovurd” öz mənbələrinə istinadən yazıb.

Nəşrin xəbərinə görə, sui-istifadə ilə bağlı açılmış cinayət işinin araşdırılması çərçivəsində dindirilənlərdən bəziləri Torosyana qarşı ifadə verib.

Qeyd olunub ki, ölkənin hüquq-mühafizə orqanları Ermənistan parlamentinin hakim partiyadan olan deputatı, keçmiş səhiyyə naziri Arsen Torosyanı tezliklə həbs edə bilər.

Həmçinin bildirilib ki, İrəvanın vitse-meri Gevorq Simonyanın dünənki həbsindən sonra Torosyanın ətrafında halqa getdikcə daralır və artıq istintaq orqanı şahid qismində dindirilmək üçün Torosyana bildiriş göndərmək niyyətindədir.

Torosyanın toxunulmazlıqdan məhrum edilməsi ilə bağlı ölkə parlamentinə vəsatət təqdim etmək üçün Baş Prokurorluğa Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən müraciət edilməsinin mümkünlüyü istisna edilmir.

Qeyd edək ki, Torosyan səhiyyə naziri vəzifəsində olarkən dünən saxlanılan vitse-mer onun müavini olub.

İstintaqı aparan müstəntiqlərin fikrincə, Gevorq Simonyan 2020-2022-ci illərdə nazir müavini postunu tutarkən koronavirusla mübarizə zamanı vəzifə öhdəliklərini yerinə yetirməyib və nəticədə dövlətə xeyli ziyan dəyib.

Son xəbərlər
Digər xəbərlər