8 C
Baku
Şənbə, Yanvar 22, 2022

Ermənistanın təcavüzü ziyanının qiymətləndirilməsi üzrə Dövlət Komissiyasının ilk iclası keçirildi

Sentyabrın 27-dən başlayaraq Ermənistanın ölkəmizə təcavüzü nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının ilk iclası keçirildi

Bu gün Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının ilk iclası keçirilib.

Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın sədri tərəfindən bildirildi ki, Sərəncamdan irəli gələn tapşırıqlar qısa müddətdə yerinə yetirilməlidir.

Son xəbərlər
Oxşar xəbərlər