6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

“Ermənistanın verdiyi mina xəritələrinin dəqiqliyi 25%-dən aşağıdır”

Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən yaradılmış İşçi Qrupu çərçivəsində Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı praktiki aspektlərə baxılır.

Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ADA Universitetində keçirilən “İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” adlı konfransda deyib.

“Azərbaycan birgə bəyanatların müddəalarının tam şəkildə həyata keçirilməsinə, eləcə də regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsinə sadiqdir. İşğaldan azad edilmiş ərazilərin bərpası ölkə üçün strateji prioritetdir. Bu problemlərin həlli üçün dövlət büdcəsindən böyük vəsaitlər ayrılıb, özəl investisiyalar cəlb olunur. Nəqliyyat, kommunal, energetika və mülki infrastrukturun genişmiqyaslı bərpa və tikinti işləri gedir”, – Ş. Mustafayev bildirib.

Baş nazirinin müavini onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə çoxlu sayda minanın olması işləri çətinləşdirir: “Hərbi əməliyyatlar dayandırıldıqdan sonra mina partlaması nəticəsində 200-ə yaxın insan yaralanıb, onlardan 34-ü dünyasını dəyişib. Bu problemin aradan qaldırılması üçün işğaldan azad edilmiş ərazilərin təmizlənməsi istiqamətində fəal iş aparılır. Qeyd edim ki, Ermənistan təqdim edilən mina xəritələrin dəqiqliyi 25%-dən aşağıdır”.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər