Ermənistanın xarici işlər naziri Ara Ayvazyan istefa verib

Ermənistan xarici işlər naziri Ara Ayvazyan vəzifəsindən istefa verib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Facebook” hesabında yazıb.

Qeyd edək ki, Ara Ayvazyan xarici işlər naziri vəzifəsyə 18 noyabr 2020-ci ildə təyin edilmişdi. O, Zohrab Mnatsakanyanı əvəz etmişdi. Onların hər ikisinin ölkə rəhbərliyi ilə fikir ayrılıqları fonunda vəzifədən ayrıldığı bildirilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.