6 C
Baku
Tuesday, December 17, 2024

Erməni təcavüzü nəticəsində 50 məktəbə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb

Təhsil Nazirliyi 27 sentyabr-2 noyabr tarixlərində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblərin sayını açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb.

Ümumilikdə dağıtılara məruz qalan ümumtəhsil müəssisələrindən 14-ü Ağdam, 14-ü Tərtər, 8-i Gəncə, 5-i Füzuli, 3-ü Kəlbəcər, 3-ü Goranboy, 1-i Bərdə, 1-i Ağcabədi, 1-i Goranboy məktəbləridir.

Son xəbərlər
Digər xəbərlər