Erməni təcavüzü nəticəsində 63 mülki şəxs öldürülüb, 292 nəfər yaralanıb
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən “Banker.az”a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 61 mülki şəxs qətlə yetirilib, 282 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 386, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 981-dir.