Onun auditoriyası 10-11 milyon nəfər təşkil edəcək.
Oktyabrın əvvəlində Ermənistanda keçirilən “İnformasiya Texnologiyaları üzrə Dünya Konqresi” WCIT-2019-da ermənilər üçün yaradılmış “HyeConnect” (HighConnect) sosial şəbəkəsi təqdim edilib. Sosial şəbəkənin nümayəndələri:
- “Reddit” in həmtəsisçisi Alexis Ohanian
- “System of a Down” qrupunun solisti Serj Tankian
- “Synopsys Armenia” İT şirkətinin prezidenti Yervand Zorian
- Amerikalı həkim və prodüser Erik İsraelian
- Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Hakob Arshkian
Müəlliflərin düşündüyü kimi, “HyeConnect” dünyadakı erməni icmalarını birləşdirən platforma olacaq və erməni diasporuna tərəfdaşlıq əlaqələrini qurmağa, müəssisə açmağa və müxtəlif layihələrdə uzaqdan iştirak etməyə kömək edəcəkdir. “HyeConnect” in əsas auditoriyası Ermənistan sakinləri və qlobal diaspordan olan 7-8 milyon nəfərdir.
“HyeConnect” nə üçün lazımdır
Serj Tankian-ın sözlərinə görə, bütün erməniləri birləşdirən rəqəmsal platforma yaratmaq ideyası Ermənistanın keçmiş prezidenti Serj Sarkisianın hakimiyyəti dövründə ortaya çıxıb. Sosial şəbəkə diasporların öz daxilində ünsiyyət qurmasına və ölkədə baş verən hadisələrdən asılı olmamağa kömək edə bilər.
Lakin 2018-ci ilin mayında baş verən “Məxməri inqilab” dan sonra bütün erməniləri birləşdirəcək platformanın yaradılması ideyası daha da gücləndi.
Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Hakob Arshkianın sözlərinə görə, “HyeConnect” startapını dəstəkləmək və inkişaf elətdirmək lazımdır. O, bu platforma əsasında “Erməni virtual körpüsü” nün istifadəyə verildiyini elan edib.
“HyeConnect” in yaradıcıları nə ilə məşğuldurlar
Serj Tankian
2005-ci ildə Steve Hoffman ilə birlikdə “Reddit” xidmətini işə salıb. 2006-cı ildə startapı 10-20 milyon dollara “Conde Nast” satın almışdır. 2011-ci ildə isə “Reddit” onun törəmə şirkətinə çevrildi. Qeyd edək ki, 2019-cu ildə xidmət 3 milyard dollar dəyərində qiymətləndirilmişdir.
2010-cu ildə “Reddit” in həmtəsisçisi “Initialized Capital” investisiya şirkətinin həmtəsisçisinə çevrildi və 2018-ci ildə “Reddit” dən çıxaraq bütün diqqətini investisiyalar üzərində cəmləşdirdi.
2019-cu ildə Forbes onun sərvətini 70 milyon dollar dəyərində qiymətləndirmişdir.
Yervand Zorian
Zorian – yarımkeçiricilərin proqram təminatını tərtib edən “Synopsys” şirkətinin baş arxitektoru və bu şirkətinin erməni bölməsinin prezidentidir.
2006-cı ildə Silikon Vadisində onlayn rejimində Ermənistanın tarixini, mədəniyyətini və dilini tədris edən “Virtual erməni kolleci” ni yaratmışdır.
Erik İsraelian
Kaliforniyanın Tibb Şurasının üzvüdür, amerikan-erməni qastroenteroloqdur. Erməni soyqırımına həsr edilmiş filmlərin prodüseridir – 2015-ci ildə “Vədlər” bədii filmin, 2017-ci ildə isə “Intent to Destroy” sənədi filmin prodüseri olub.
Hakob Arshkian
Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziridir. Postunda tələbə startaplarının işə salınması üçün şərait yaratmağı, ölkənin ÜDM-da yüksək texnologiyaların payını artırmağı və xarici şirkətlərlə elmi-texniki əməkdaşlıq edəcək bir bölmə yaratmağı planlaşdırır.