27 C
Baku
Saturday, June 29, 2024

Ermənilərin istifadə etdiyi fosforlu silah nədir?

Döyüş bölgəsində ağır məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri Qarabağda Azərbaycan Ordusuna qarşı özündə kimyəvi silahın elementlərini ehtiva edən fosfor tərkibli döyüş sursatı tətbiq etməyə başlayıb.

Müdafiə Nazirliyindən bildirilib ki, işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.

Düşmən bununla tətbiq edilən Pilotsuz Uçuş Aparatlarının görüntüləri üçün maneələr yaratmağa çalışır. Ermənistanın bu addımı beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, Cenevrə konvensiyalarının, eləcə də BMT-nin müvafiq konvensiyaları və sənədləri ilə nəzərdə tutulmuş müddəların ən kobud şəkildə pozuntusudur və Azərbaycan Ordusuna zərər vurmaq məqsədini güdməkdən başqa, həmçinin kütləvi meşə yanğınları və qeyd olunan ərazidə ekoloji fəlakətin real təhlükələrini yaratmaq niyyəti güdür.

Kimyəvi tərkibli ağ fosforlu hərbi sursat nəyə görə qadağan olunub və onun yaratadığı fəsadlar nədir?

Fosfor D.İ. Mendeleyevin elementlərin dövri sistemində 15-ci elementdir. Fosforun təbiətdə 3 allotropik modifikasiyası bilinməkdədir. Ağ, qara və qırmızı fosfor. Ağ fosfor zəhərlidir. Onu qızdırdıqda qırmızı fosfora çevrilir. Qırmızı fosfor kükürd və şüşə qırıntıları ilə birlikdə kibrit istehsalında istifadə olunur. Bombalarda isə ağ fosfordan istifadə edilir.

fosformend1

Bu silahdan ilk dəfə Almaniya Birinci Dünya müharibəsində istifadə edib. Ağ fosfor atmosferdəki oksigen ilə birləşdikdə yanğın əmələ gəlir və bu zaman istilik min dərəcəni keçir. Yanğın ağ tüstü ilə müşahidə edilir və fosforun və ya oksigenlə təmasın bitməsinə qədər davam edir. Ağ fosforun 0,05 qramı yetərlidir ki, insanı öldürsün. Bu kimyəvi silah insan orqaniziminə daxil olan kimi tez həll olur. Mədə-bağırsaq sisiteminin fəaliyyətini dərhal sıradan çıxarır, ürək sisteminin fəaliyyətinə güclü təsir edir və insanda halsızlıq, tənginəfəslik yaradır. Bu, təkcə fosfor məzmunlu bombaların tüstüsünün insanlara etdiyi təsirdir.

42534 1604303414

Xatırladaq ki, fosfor təyinatlı silahın istifadəsi düşmənin canlı qüvvəsinin gizləndiyi hər hansı bir hərbi obyektdən çıxarılması üçün istifadə edilir. Belə ki, tüstü və tərkibində güclü yanğın nəticəsində düşmənin canlı qüvvəsi gizləndiyi ərazidən çıxmağa məcbur qalır. Ağ fosforlu bombalardan istifadə zamanı dinc əhali arasında tələfat riski böyükdür. Həmçinin fosforlu bombaların təsirindən yaralananları xilas etmək çətin olur. Onların bədənlərində ağ fosforun təsirindən əmələ gələn yanıqlar dərinin soyulmasına və dəhşətli yaralara yol açır.

12629531may8

Bundan başqa, bu cür mərmilərin qəlpələri insanların bədənində dəhşətli yanıqlar əmələ gətirir. Mərminin qəlpələri hətta suda belə sönmür. Belə mərmilərin partlayışı nəticəsində insan bədəninin dərisi öz-özünə soyulur, yaralıları müalicə etmək isə mümkün olmur. Bu silahın istifadə edilməsinin qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər qəbul edilib. İlk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyasi qəbul edilib. Budan başqa 1949-cu il müharibəsi qurbanlarının qorunması haqqında Cenevrə konvensiyaları və 1977-ci ildə onlara qəbul edilmiş əlavə protokollar, “Adi silahların konkret növləri haqqında konvensiyaya” III protokol (1980) (Həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi sliahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə konvensiya) var.

5b95a 1604300329

Sənədlərdə vurğulanıb ki, istənilən şəraitdə mülki əhaliyə olmaq etibarı ilə ayrı-ayrı mülki şəxslərə və ya mülki obyektlərə yandırıcı silahdan tətbiq etməklə hücum qadağan edilir. Yandırıcı silahın, xüsusilə ağ fosfor və digər maddələrlə istifadəsinin nə olduğunu başa düşmək üçün bu silahın istifadəsi nəticəsində alınmış yaraların fotolarına baxmaq kifayət edir.

Qeyd edək ki, bu, erməni silahlı bölmələrinin beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan istifadəsinə dair ilk fakt deyil. 2016-cı ilin aprel döyüşlərində də erməni ordusu mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub.

Son xəbərlər
Digər xəbərlər