5 C
Baku
Saturday, December 14, 2024

Ermənistan 6 hərbçisinin öldüyünü etiraf edib

Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdikləri təxribat nəticəsində 6 hərbçisinin öldüyünü etiraf edib.

“Sputnik Armeniya” xəbər verir ki, nazirlik məsələ ilə bağlı məlumat yayıb.

Sərhəddə təxribat törədən zaman Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni hərbçilər aşağıdakılardır:

Baş leytenant Taron Saakyan

Müqavilə əsasında orduda xidmət edənlər

Merjun Arutyunyan

Qurgen Sarkisyan

Artur Martirosyan

David Amiryan.

Zərərsizləşdirilən altıncı hərbçinin adı açıqlanmayıb. Onun kimliyi dəqiqləşdirilir.

Qeyd edək ki, rəsmi İrəvan həmin hadisə nəticəsində 24 hərbçisinin itkin düşdüyünü, 13-nün isə əsir götürldüyünü bildirmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər