10 C
Baku
Thursday, December 12, 2024

“Ermənistan artıq qlobal bir problemə çevrilib”

Türkiyənin böyük millət məclisinin sədri Mustafa Şentop “Ermənistanın artıq bir qlobal problemə çevrildiyini bildirib”.

Bu barədə Prezidentin köməkçisi Fuad Oqtay “Twitter” hesabında məlumat verib.

Mustafa Şentop sosial sosial şəbəkə hesabından etdiyi paylaşımda deyib ki, Ermənistan Moskvada əldə olunan humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozaraq mülki əhalini hədəfə almaqda davam edir. Bu hücumlar, mülki əhalinin hədəfə alınması, sözün əsl mənasında, müharibə cinayətləridir. Ermənistan artıq qlobal bir problemə çevrilib.

Həmçinin, Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay Ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətləri pisləyib.

Ermənistan mülki əhaliyə qarşı bir qətl törədir.

“Atəşkəsddən 24 saat sonra, Ermənistan yenidən mülki insanları hədəf alaraq, insanlığa qarşı bir cinayət törədir”. Beynəlxalq ictimaiyyət bu riyakər mövqeyə göz yumaraq Ermənistanın törətdiyi cinayətlərə ortaq olur.Şəhidlərimizə Allahdan rəhmət diləyirəm deyə prezidentin köməkçisi bildirib.

Son xəbərlər
Digər xəbərlər