16 C
Baku
Monday, October 27, 2025

Ermənistan Avropa İttifaqı ilə vizasız rejimlə bağlı fəaliyyət planı imzalayacaq

Ermənistan və Avropa İttifaqı (Aİ) vizasız rejimin tətbiqinə yol açacaq fəaliyyət planı imzalamağa hazırlaşır.

Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, vizasız rejim haqqında sazişə hazırlıq sürətli templə – bir çox digər ölkələrlə olduğundan daha tez irəliləyir.

“Biz artıq yekun mərhələdəyik. Tezliklə razılaşdırılmış fəaliyyət planı imzalayacağıq və onun həyata keçirilməsi Avropa İttifaqı ilə vizasız rejimin əldə olunması üçün əsas şərt olacaq”, – nazir qeyd edib.

O, həmçinin bildirib ki, Ermənistan və Avropa Komissiyası 2017-ci ilin noyabrında imzalanmış sənədi əvəz etməli olan yeni Tərəfdaşlıq Sazişinin hazırlanmasını 99 % tamamlayıb.

A.Mirzoyanın sözlərinə görə, əvvəlki sazişin bir hissəsi artıq yerinə yetirilib, bir hissəsi isə aktuallığını itirib, buna görə də yaxın vaxtlarda yenilənmiş sənədin imzalanması planlaşdırılır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər