8 C
Baku
Thursday, January 9, 2025

Ermənistan Azərbaycan və Türkiyə arasında əlaqələndirici halqa olmaq istəyir

Ermənistan Azərbaycan və Türkiyə üçün maneə deyil, onlar arasında əlaqələndirici halqa olmaq istəyir.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan mətbuat konfransında bildirib.

“Ermənistan Respublikası maneə olmaq istəmir. Biz 21-ci əsrdə yaşayırıq. Bütün ölkələr digərləri ilə münasibətlər qurmaq, ticarət etmək istəyir. Bu, dövlətlərin həyati maraqlarından irəli gəlir. Biz digər dövlətlər, qonşularımız arasında maneə deyil, körpü olmaq istəyirik”, – A.Mirzоyan vurğulayıb.

O həmçinin qeyd edib ki, əgər Ermənistan və Türkiyə arasında sərhəd açılarsa və etimad yaranarsa, erməni sərhədçiləri rusiyalıların əvəzinə sərhədi özləri qoruya bilərlər.

XİN başçısı vurğulayıb ki, Türkiyə ilə Qars-Gümrü dəmir yolunun bərpası Ermənistan üçün böyük iqtisadi imkanlar açacaq.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər