16 C
Baku
Friday, April 19, 2024

Ermənistan Azərbaycana I Qarabağ müharibəsində itkin düşmüş 10 nəfərin meyit qalıqlarını və iki xəritə verib

Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşən 10 nəfərin meyit qalıqlarını Azərbaycana təhvil verib.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Dekabrın 1-də erməni tərəfi Azərbaycana I Qarabağ müharibəsində həlak olan 10 nəfərin meyit qalıqlarını, həmçinin, daha 4 nəfərin basdırıldığı yeri göstərən 2 xəritə verib”, – məlumatda deyilir.

Qeyd edək ki, Ermənistan 2020-ci ilin noyabrından Azərbaycana 5 xəritə və I Qarabağ müharibəsində həlak olan 140 nəfərin meyit qalıqlarını təhvil verib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər