18 C
Baku
Friday, November 22, 2024

Ermənistan Azərbaycana sərhəd və gömrük nəzarətinin sadələşdirilmiş prosedurlarını təklif edib

Ermənistan nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin öz ərazisindən, o cümlədən Azərbaycandan keçməsinin təşkilində maraqlıdır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının genişləndirilmiş iclasında bildirib.

“Bu, İran İslam Respublikası, Ermənistan və Gürcüstan ərazilərindən keçməklə Qara dəniz və Fars körfəzi arasında ən qısa marşrutdur. Bu, Şimal-Cənub istiqamətidir. Həmçinin Azərbaycan, Ermənistan və Türkiyə ərazilərindən keçməklə Xəzər və Mərmərə dənizləri arasında ən qısa marşrutdur. Bu, Şərq-Qərb istiqamətidir”, – o bildirib.

N.Paşinyan vurğulayıb ki, bu marşrutdan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya əlaqələri üçün də istifadə etmək olar: “Bu yanaşmanı nəzərə alaraq, biz Azərbaycana sərhəd və gömrük nəzarətinin sadələşdirilmiş prosedurlarını, habelə hər iki ölkənin yurisdiksiyası və suverenliyinə tam hörmət nəzərə alınmaqla əlavə təhlükəsizlik tədbirlərinin təmin olunmasını təklif etdik”.

Baş nazir qeyd edib ki, Ermənistan öz ərazisindən yüklərin, resursların, nəqliyyat vasitələrinin və insanların keçidinin təhlükəsizliyini təmin etmək iqtidarındadır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər