11 C
Baku
Monday, September 30, 2024

“Ermənistan Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul edib, praktiki iş görmək qalıb”

“Ermənistan ilə münasibətlərin normallaşması ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən təkliflərə ölkələrin bir-birinin sərhədlərinə qarşılıqlı hörməti də daxildir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Şadıq ki, Ermənistan hökuməti bu 5 prinsipi qəbul etdi”, – dövlət başçısı deyib.

Onun sözlərinə görə, hazırda tərəflər praktiki işə keçməlidir.

“Tarixdən bilirik ki, hətta yüksək vəzifəli Ermənistan rəsmilərinin sözləri belə böyük əhəmiyyət kəsb etmir. Azərbaycanda sərhədlərin delimitasiyası üzrə komissiya yaradılıb. Ermənistan tərəfinin də eyni addımı atacağını gözləyirik”, – İlham Əliyev vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər