Ermənistan regionda kommunikasiyaların açılması üçün əməli və konkret addımlar atmağa hazırdır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin İrəvanda keçirilən toplantısında deyib.
“Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri 30 ildən artıqdır bağlıdır. Bu gün biz regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə çox danışırıq və müzakirə edirik”, – Paşinyan bildirib.
Qeyd olunub ki, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına münasibəti “Sülh kəsişməsi” konsepsiyasında öz əksini tapıb.
Ermənistan hökumətinin başçısı konsepsiyanı təqdim edərək ölkəsinin Azərbaycanla əvvəllər bir neçə istiqamətdə mövcud olan dəmir yolları boyunca əlaqəni bərpa etməyə hazır olduğunu bildirib: “İlk olaraq, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş rayonunu birləşdirən şimal marşrutu, ikinci növbədə isə, digərləri ilə yanaşı, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən cənub marşrutudur”.