Rəsmi Yerevan hesab edir ki, Bakı ilə sülh müqaviləsi imzalanmalıdır, lakin bu sənəd danışıqlar prosesində hazırlanmalıdır.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində onlayn formatda keçirilən mətbuat konfransında bildirib.
N.Paşinyan bildirib: “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması haqqında çox danışılır. Bəli, sənəd imzalanmalıdır, amma əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir bu, danışıqların nəticəsidir. Ermənistan bu danışıqlara hazırdır və biz bunu dəfələrlə bəyan etmişik”.