Ermənistan Baş Qərargah rəisinin müavini işdən çıxarılıb

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-leytenant Karen Abramyanı vəzifəsindən azad edib.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

O, baş nazir Nikol Paşinyanın təqdimatı ilə işdən çıxarılıb.

K.Abramyan 2020-ci ilin fevralına qədər qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” olub. Həmin ilin iyununda Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin edilib.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər