Ermənistan rəsmi olaraq 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü olub.
Məlumatı “Novosti Armenia” yayıb.
Bildirilib ki, Ermənistan bu məhkəmənin 124-cü üzvü olub.
Məlumata görə, Roma statutuna üzvlüklə bağlı sənədlər 2023-cü il oktyabrın 3-də Ermənistan parlamentində ratifikasiya olunub, 2023-cü ilin noyabr ayında Haaqaya göndərilib.