8 C
Baku
Friday, December 13, 2024

Ermənistan Cenevre konvensiyasını hansı şəkildə pozur?

1949-cu ildə İsveçrənin Cenevre şəhərində keçirilən konfransda dörd cenevre konvensiyası qəbul edilib ki, həmin konvensiya  qanunlarınnan da bəzilərində  silahlı münaqişələr zamanı yaralı, xəstə hərbiçilərin vəziyyətini yaxşılaşdırmaq ilə bağlıdı.

Həmçinin konvensiyalardan biri də müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlıdı.Cenevre konvensiyasının 18-ci maddəsində qeyd olunur ki, heç bir halda münaqişə tərəfləri mülki insanların toplandığı yerə mərmi atmamalı, artilleriya atəşinə tutmamalıdır.

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi  bütün beynəlxalq norma və prinsiplərə əməl etməyərək Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozur; dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat  təyinatlı məntəqələri hədəfə almaqda davam edir.Mülki vətəndaşlara qarşı cinayətlər törədir. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr – rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər – xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir. 

Hələ bunlardan birini göstərmə olar ki, təcavüzkar erməni bölmələrinin sentyabrın 27-də Naftalan rayonu ərazisinə atdığı mərminin evə düşməsi nəticəsində evdə olan 5 nəfər həlak olmuşdu, həyatını itirənlərdən ikisi isə  məktəbli idi.

 Cenevrə Konvensiyalarının məsuliyyət mexanizmləri var. Yəni tərəflərdən biri müharibə qanunlarını kobud şəkildə pozursa, müharibədən sonra qurulacaq tribunalla həmin əmrləri verən şəxsləri məsuliyyətə cəlb etmək mümkündür. Bununla yanaşı, Avropa İnsan Hüquqları Konvensiyası, Avropa Məhkəməsi mexanizmi işləyir. Zərər çəkmiş şəxslər Avropa Məhkəməsinə müraciət etməlidirlər

Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları istiqamətində zəruri tədbirlər görülür.

 

Son xəbərlər
Digər xəbərlər