Ermənistan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının blokadasını təşkil edə bilər.
Bu barədə Ermənistanın “Milli Demokratik Qütb” siyasi hərəkatının üzvü Vahe Qasparyan bildirib.
Vahe Qasparyan bunu Laçın yolundakı vəziyyətlə əlaqələndirib.
Laçın yolunun guya bağlı olduğunu iddia edən Qasparyanın sözlərinə görə, əgər yaranmış vəziyyət aradan qalxmazsa, Ermənistan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının blokadasını təşkil edə bilər.
“Biz xalqımıza müraciət edərək Gümrüdəki hərbi bazanın blokadaya alınmasına çağırış edəcəyik. Bu məqsədlə MDQ Ermənistanda bir sıra siyasi dairələrlə müzakirələr aparacaq, hansılar ki, vəziyyəti bizim kimi qiymətləndirərək Qarabağın ruslar tərəfindən blokadaya alınması fikrindədir”, – “Qafqaz Bürosu” Telegram kanalı Qasparyandan sitat gətirib.