Ermənistan Hindistandan Su-30MKI qırıcılarını almağı düşünür.
Bu barədə “Jetline Marvel” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, İrəvan Hindistan istehsalı olan Su-30MKI qırıcılarının alınması ilə bağlı yüksək səviyyəli danışıqlara başlamaqla tərəfdaşlığı dərinləşdirməyə çalışır .
Qeyd edək ki, sözügedən qırıcılar bütün hava şəraitində uçuş və havadan havaya və havadan yerə hücumlar üçün nəzərdə tutulub.