14 C
Baku
Thursday, May 16, 2024

Ermənistan hökuməti türk mallarının idxalına qoyulan qadağanı aradan qaldırıb

Ermənistan hökumətinin 2021-ci ildəki sonuncu iclasının gündəliyinə Türkiyə istehsalı olan mallara embarqonun uzadılması məsələsi salınmayıb.

Bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin “Facebook” səhifəsində bildirilib.

Bununla da 2022-ci il yanvarın 1-dən Türkiyə mallarına qarşı məhdudiyyətlər aradan qaldırılacaq.

Qeyd edək ki, Ermənistan hökuməti Türkiyə istehsalı olan malların ölkəyə buraxılmaması barədə qərarı 2020-ci il oktyabrın 20-də verib. Qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minib, daha sonra yayda qərar dekabrın 31-nə qədər uzadılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər