12 C
Baku
Tuesday, May 7, 2024

Ermənistan İran limanlarından istifadə edə biləcək

İrəvan və Tehran Ermənistan tərəfinə İran limanlarından istifadə etməyə imkan verəcək sənaye sahəsində əməkdaşlıq haqqında memorandum imzalamaq barədə razılığa gəliblər.

Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan və İranın Limanlar və Gəmiçilik Təşkilatının icraçı direktoru Əli-Əkbər Səfai görüşdə ölkələr arasında yükdaşıma məsələlərini müzakirə ediblər.

Qeyd olunub ki, Ermənistan İran üçün Aİİ və Aİ ölkələrinə, İran isə Ermənistan üçün Fars körfəzi, Mərkəzi Asiya və Hindistan ölkələrinə tranzit ölkəyə çevrilə bilər.

Tehran nümayəndəsi bildirib ki, İran erməni şirkətlərinə limanlarından istifadə etmək üçün əlverişli şərait yaratmağa hazırdır.

Xatırladaq ki, Ermənistan İran və Hindistanı birləşdirən multimodal yüksək sürətli yükdaşıma marşrutunun yaradılması üzərində işləyir. Söhbət Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə paralel marşrutdan gedir ki, bu da Hindistan mallarının Qara dəniz vasitəsilə Rusiya Federasiyasına və Avropa ölkələrinə daşınması marşrutunu qısaldır. Yerevan və Yeni Dehli beynəlxalq avtomobil daşımaları üzrə ikitərəfli sazişin imzalanması ilə bağlı danışıqlara başlayıblar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər