Ermənistan İrandan qaz idxalını artırmağı planlaşdırır.
Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, bunun müqabilində İrəvan əvvəlki qaydada İrana elektrik enerjisi ixrac edəcək.
Qeyd edək ki, Ermənistan hazırda İrandan 365 milyon kubmetr qaz idxal edir.