“Azərbaycanın qanuni haqqı və qalibiyyəti nəhayət düşməni tərəfindən də qəbul edildi. Bu gözəl gecənin şanı əbədi olsun!”
Banker.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop “Twitter” sosial şəbəkəsindən yaydığı açıqlamada belə bildirib.
TBMM sədri qeyd edib ki, Ermənistan işğal edib qətliam törətdiyi Qarabağdan çəkilməyə və təslim olmağa məcbur qalıb: “Tarixin tragik bir səhifəsi Azərbaycan üçün zəfərlə başa çatdı. Bayraq və azan Qarabağda yenidən yüksəldi. Qardaş Azərbaycanın qəhrəman ordularının zəfərini ürəkdən təbrik edir, şəhidlərimizi bir daha rəhmətlə anıram”.
M.Şentop regionda sülhün və qələbənin tərəqqi edəcəyindən məmnunluğunu ifadə edib.