10 C
Baku
Tuesday, November 26, 2024

Ermənistan KTMT-də iştirakını dayandırıb

Ermənistan KTMT-də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) iştirakını dayandırıb, Banker.az bu barədə TASS-a istinadən xəbər verir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib.

“Kollektiv təhlükəsizlik sazişi, fikrimizcə, Ermənistanla bağlı 2021-2022-ci illərdə həyata keçirilməyib. Bu, bizim diqqətimizdən kənarda qala bilməz. Biz bu sazişdə iştirakımızı dayandırdıq. Görək bundan sonra nə olacaq”, – Paşinyan deyib.

Ermənistandakı Rusiya hərbi bazasının mümkün bağlanması ilə bağlı sualı cavablandıran Baş nazir deyib ki, “hazırda biz bu barədə danışmırıq”.

Son xəbərlər
Digər xəbərlər