Ermənistan Mərkəzi Bankının valyuta ehtiyatları kəskin şəkildə azalıb

Ermənistan Mərkəzi Bankının valyuta ehtiyatları kəskin şəkildə azalıb.

Bu barədə Ermənistan KİV-i xəbər verir.

Ermənistan Mərkəzi Bankın valyuta ehtiyatları təkcə bir ay ərzində 255 milyon dollar, başqa sözlə 11 faizdən çox azalıb.

Ermənistan Mərkəzi Bankının xarici ehtiyatları bu ilin yanvar ayında 1 milyard 994 milyon dollar təşkil edib, hərçənd bundan bir ay əvvəl göstərici 2 milyard 249 milyon dollar səviyyəsində idi.

Qeyd olunur ki, bu vəsaitlər dramın kursunun saxlanmasına xərclənilib.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər