29 C
Baku
Friday, September 5, 2025

Ermənistan MN: Hərbi büdcəmiz heç vaxt Azərbaycanın hərbi büdcəsinin səviyyəsinə çatmayacaq

Ermənistanda müdafiə xərcləri heç vaxt Azərbaycanın hərbi büdcəsinin həcminə çatmayacaq.

Banker.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə nazirinin müavini Qraçya Sarqsyan bildirib.

O, həmçinin qeyd edib ki, 2026-cı il dövlət büdcəsində Ermənistan Müdafiə Nazirliyinə ayrılan məbləğin azaldılıb-azaldılmayacağı hələ məlum deyil.

“Əmin edirəm ki, Müdafiə Nazirliyi 2026-cı ildə də 2024 və 2025-ci illərdəki eyni məntiqlə işləyəcək”, – nazir müavini əlavə edib.

Qeyd edək ki, Ermənistanın 2025-ci il üçün hərbi büdcəsi 1,7 milyard dollar, Azərbaycanın builki dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri isə təxminən 5 milyard dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər